top of page

Alışov Mönsüm Ədil oğlu

 

 

 

 

 

 

 

 

 Alışov Mönsüm Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan  olmuşdur. 1971-ci ildə orta məktəbi bitirib, ilk əmək fəaliyyətinə elektrik montyoru kimi başlamışdır. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbu olmuş, 1976-cı ildə həmin institutu bitirmişdir. 1976-cı ildən Azərbaycan Respublikası  Maarif Nazirliyinin əmri ilə Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə təyinat almışdır. 1980-cı ilə kimi Qubadlı rayonu Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə  köçmüşdür. Sumqayıt Üzvü Sintez Birliyində mühəndis, mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir. 

    M.Alışov 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1990-cı ildə Azərbaycan ETPE İnstitutunun Təlimin  Texniki Vasitələri Şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildə Sumqayıt  şəhərində ilk özəl orta ixtisas təhsil müəssisəsi olan Sumqayıt Pedaqoji Seminariyasını  təhsis etmiş və ona rəhbərlik etmişdir. 2001-ci ildə “Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda dissertasiya müdafiə edib,  pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 
M.Alışov ümumtəhsil məktəblərində kompyuter texnikasından istifadə etməklə fizika və riyaziyyat fənlərinin tədrisi zamanı “problemli-modullu təlim” texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasını vermişdir. “Problemli-modullu təlim” metoduna:-“problemli-təlim”, “modullu təlim” və “sıxlaşdırma” nəzəriyyələrinin qarşılıqlı əlaqəliliyi şəraitində həmin metodların inteqrasiyası nəzəriyyəsini əsaslandırılmışdır. 
2013-cü ildə  “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusundakı doktorluq dissertasiyası müdafiə edərək  pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 
   Tədqiqat ilk dəfə olaraq, həndəsənin hazırlıq kursu (I-VI siniflər) məzmununun sistemi, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının elektron hesablama vasitələrinin kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir. 
M.Alışov 1980-ci illərdə respublikamızın məktəblərində “İnformatika” fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcədə kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədi ilə müxtəlif zamanlarda 30-dan çox elmi publisistik məqalələrlə mətbuatda çıxış etmişdir. M.Alışov 2008- ci ildə "Qızıl qələm"media mükafatına layiq görülmüşdür. 
  M. Ə. Alışov SDU-nin İnformatikanın tədrisi metodikası kabinetinin dosentidir. 
Hal-hazırda M. Ə. Alışov 2009-cu ildən Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun elmi işlər üzrə prorektorudur. Ailəlidir, 4 övladı var. 
  M.Alışov aşağıda adları göstərilən elmi əsərlərin o cümlədən 2 monoqrafiyanın, 3 dərs vəsaitinin, 3 metodik vəsaitin müəllifi və ya həmmüəlifidir; 

ELMİ ƏSƏRLƏRİ  

1. M. Ə. Alışov FOKAL proqramlaşdırma dilinin öyrədilməsi “Fizika və riyaziyyat tədrisi məcmuəsi” Bakı, 1989-ci il, №2 
2. M. Ə. Alışov İnformatika və hesablama texnikasının əsasları fənninin tədrisinə dair. Bakı, “Nurlan” 1998-ci il metodik vəsait 
3. M. Ə. Alışov Kompüter təliminə ibtidai siniflərdən başlamalı, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, TN,ATPİ 1998-ci il, №4 
4. M. Ə. Alışov Kompüter təlimi və onun proqram təminatı, “Azərbaycan məktəbi” Bakı, Az.TNAPİ 1998-ci il №4 
5. M. Ə. Alışov Kompüter təliminə modullu yanaşma, informatika və HT-nın əsasları kursunda onun imkanlarının həyata keçirilməsi, APKİA və YH Baş İnstitutunun “Elmi əsərləri” bülleteni, Bakı,1998-ci il 
6. M. Ə. Alışov Təlim metodlarının inteqrasiyası, idrakı fəallaşdırma vasitəsidir, “XXI əsr: məktəb və psixologiya” mövzusunda elmi-praktik konfrans Bakı, BPKİYİ, 2000 
7. M. Ə. Alışov Kompüter texnikası ilə şagirdlərin təlim fəaliyyəti, “Azərbaycan məktəbi”, Bakı, TN 2000, №2 
8. M.Ə.Alışov, A.Quliyev, N.B.Nəsirov, İ.B.Əhmədov, M.S.Vəliyeva, A.Ə.Sadıqov, A.Q.Cəfərov Riyaziyyatdan test çalışmalarını necə həll etməli, Bakı, ADPU-2001 
9. M. Ə. Alışov Riyaziyyat və fizika fənlərinin tədrisi prosesində kompüterdən istifadə texnologiyasına dair, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi, Sumqayıt , monoqrafiya şəhər mətbəəsi, Bakı 2001 
10. M. Ə. Alışov, Ə.Pələngov, Q.Əliyev Informatika, Azərbaycan Respublikası Təhsil Nazirliyinin №1019 , 30.12.2003-cü il tarixli əmri Sumqayıt, Zərdabi MMC. 2003 Metodik vəsait 
11. M. Ə. Alışov, Ə.Pələngov, Q.Əliyev Informatika BASİC və PASCAL proqramları üzrə praktik və nəzəri kurs, Bakı ADPU 2005 ,Dərs vəsaiti 
12. M. Ə. Alışov Riyaziyyat təlimində məzmunlu ümumiləşdirmə, “Fizika, Riyaziyyat və İnformatika tədrisi” Bakı, 2006, №4 
13. M. Ə. Alışov Təlimdə məzmunlu ümumiləşdirmə, “Azərbaycan məktəbi” Bakı, TN,ATPİ 2006 №6 
14. M. Ə. Alışov İnkişafetdirici təlim şəraitində həndəsə materialının mərhələli tədrisinə dair, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, 2006-cı il, №2 
15. M. Ə. Alışov Həndəsi biliklərin bünövrəsi ibtidai siniflərdə qoyulur, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, ARTNARTPİ 2007-ci il, №1 
16. M. Ə. Alışov İstedadlı şagirdlərlə işləyən müəllimlərin ixtisasının artırılmasına müasir yanaşma, “Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar və perespektivlər” I-beynəlxalq elmi konfrans, Bakı, BPKİYİ 2008-ci il 
17. M. Ə. Alışov Orta ixtisas məktəblərində təhsilin informatlaşması problemləri, «Təhsildə qloballaşma və İKT» Beynəlxalq E.P.K. mat. ADPU, Bakı-2008-ci il 
18. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunun tədrisi problemləri və onların həlli yolları, Bakı “Elm” 2009-cu il, Monoqrafiya 
19. Алышов М. А. Связь обучения геометрии в школе на современном этапе, «Новые технологии в образовании» журнала Воронеж, 2009 г. №6 
20. Алышов М. А. Применение метода «Геометрическое место точек» на уроках геометрии, Журнала науч. публик. аср. и док. Курск 2009 г. №11 
21. M. Ə. Alışov, M.Vəliyev Həndəsə məsələləri (planimetriya), Bakı “Elm” 2010-cu il, Dərs vəsaiti 
22. M. Ə. Alışov Həndəsənin əsas anlayışlarının məktəb kursunda yeri, Fizika, riyaziyyat və informatikanın tədrisi” jurnalı, Bakı, Təh.Naz.AMİ 2010, №1 
23. M. Ə. Alışov Həndəsi anlayışların təlimində təfəkkür əməliyyatlarının tətbiqi (I-VI siniflər), “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı, Bakı, Təh.Naz.AMİ 2010, №2 
24. M. Ə. Alışov Tədris prosesində qrafik-ölçmə işlərindən istifadə, “Azərbaycan məktəbi”, Bakı TN.ATPİ 2010-cu il №3 
25. M. Ə. Alışov Bağçayaşlı uşaqlarda həndəsə elementləri haqqında təsəvvürlərin formalaşdırılması, İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, 2010-cu il, №2 
26. Алышов М. А. Научно-методические вопросы обучения геометрии в 1-6 классах, Украйна, Киевський обласний институт пислядипломна освити педагогичних кадров, «Народна Освита» (Електронно науково фахово видания) №3 (12), 2010 
27. Алышов М. А. Использование инновативных методов обучения в преподавании геометрии, «Инновация, качество образования и развитие», материалы, I-международной научной конференции, Баку-2010 
28. M. Ə. Alışov Həndəsənin anlayışları və aksiomatik qurulması haqqında, “Fizika, riyaziyyat və informatika tədrisi”, Bakı, 2011, №2 
29. Алышов М. А. Психологический аспект усвоения понятий подготовительного курса геометрии (I–VI классы), Украйна, «Освита на Луганщии», №1,(34) 2011 
30. M. Ə. Alışov Həndəsə məsələləri həllində isbatetmə elementlərindən istifadə (V-VI siniflər), ADPU, “Xəbərlər”,Bakı-2011-ci il, №1 
31. M. Ə. Alışov Həndəsi biliklərin verilməsində evristik yanaşmadan istifadə (V-VI siniflər), ARTPİ-nin “Elmi əsərlər”, Bakı-2011-ci il, №1 
32. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunun təlimində təfəkkür metodlarından istifadə (I-IV siniflər), “Elmi əsərlər” Bakı, BPKİYİ 2011 №1 

33. M. Ə. Alışov Həndəsənin propedevtik kursu tədrisinin nəzəri və praktik məsələləri, Bakı-“Elm”-2011
34. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunda sahə anlayışlarının öyrədilməsinə dair (IV-VI siniflər), “Azərbaycan  məktəbi”, Bakı, TN 2011, №1

 

35. Алышов М. А. Подготовлф учащихся начальных классов к изучению геометрического материала в V-Vİ класс, Мирзо Улугбек номидаги Узбекистан Миллий Университетининг Илмий Журнали, Тошкент 2011.

36. Алышов М. А. Понятие величины в школьном курсе математики (V-VI классы), Казахстан, «Достояние нации»  № 3 за 2011 г

37. M. Ə. Alışov Informasiya-kommunikasiya texnologiyalarının riyaziyyat təlimində rolu və yeri, “Təhsildə İKT” ADPU, 2011, №3

38. M. Ə. Alışov  İbtidai siniflərdə riyaziyyat fənninin “ölçmələr” məzmun xətti haqqında, “Təhsildə İKT” ADPU, 2011, №4

39. M. Ə. Alışov , I-IV siniflərdə həndəsə materialı məzmun xəttinin qurulması prensipləri, “Fizika, riyaziyyat və informatika tədrisi”, Bakı, 2012, №1

40. M. Ə. Alışov, İ-Vİ siniflərdə həndəsə materialı təlimində müxtəlif yanaşmalar, “Xəbərlər”, NMİ, 2012, №1

41. M. Ə. Alışov, Təlimin metodik məsələləri: həndəsənin hazırlıq kursu. Müasir təlim metodları və prensiplərinin komputer texnologiyaları əsasında qurulması. “Azərbaycan məktəbi”, Yanvar-Fevral, №1 (647), 2012

42. Алышов М. А.  Сущность, проблемы и способы реализации содержательной линии «измерения» в началных классах на уроках  математики, Украйна, “IННОВАЦIЙНI ТЕХНОЛОГIİ У ПРОФЕСIЙНОМУ РАЗВИТКУ ПЕДАГОГIЧНИХ ПРАЦIВНИКIB ТА КЕРIВНИКIВ ЗАКЛАДIВ ОСВIТИ” 2012

43. M. Ə. Alışov, İbtidai siniflərin informatika dərslərində öyrədici komputer oyunlarının didektik funksiyaları, “Təhsildə İKT” ADPU, 2012, №3

bottom of page