top of page

    “İdrak” məktəb-liseyi S.Vurğun küçəsi, 2 ünvanında yerləşir. Məktəb binası  DİN-nin xüsusi əməkdaşları tərəfindən mühafizə olunur. Məktəbə kənar şəxslərin girişi qadağandır.  Liseyin həyətində yol boyunca becərilmiş, göz oxşayan bitkilər , həmişəyaşıl ağaclar , çarhovuz ,  kiçikyaşlı  məktəblilər üçün hazırlanmış attraksionlar, məktəb binasındakı səliqə-sahman bura gələnləri əvvəlcədən xəbərdar edir.
  Məktəb üçmərtəbəli binada yerləşir. Binanın birinci mərtəbəsində liseyin nəzdində fəaliyyət göstərən “Fidan” bağça tipli məktəbə hazırlıq qrupu, yeməkxana, İnternet otağı, həkim otağı və kitabxana yerləşir. Yeməkxanada şagirdlər gündə üç dəfə qida ilə təmin olunurlar. Yeməkxanadakı gigiyenik qaydalara və qidalara ciddi nəzarət olunur. Menyu tərtib edilərkən şagirdlərin yaş xüsusiyyəti nəzərə alınır. Onların böyüməsi və inkişafı üçün zəruri olan ərzaqlardan istifadə olunur. Buna görə də xörəklərin hazırlanmasında süd və süd məhsulları, ət və ət məhsulları, meyvə və tərəvəzlərdən geniş istifadə olunur. 
Şagirdlərin sağlamlığına nəzarət edən, onların vaxtaşırı müayinədən keçirən tibbi personalın xidməti də diqqətəlayiqdir. Əgər şagirdlərdən birində yoluxucu xəstəlik əlamətləri aşkar edilərsə, vaxtında digər şagirdlərdən izolyasiya edilir və müalicə olunur. Binanın II və III mərtəbələrində isə idman zalı, linqofon otağı və müxtəlif fənn kabinələri var. Geniş və işıqlı idman zalı, müasir avadanlıqlarla təchiz edilmiş linqofon otağı, hər cür lazımi əyani vəsait, sxem və şəkillərlə təmin olunmuş fənn kabinələri, laboratoriyalar, kompüter otağı və hər sinif otağında interaktiv lövhələr yüksək keyfiyyətli tədrisin təminatıdır.  Təhsilin keyfiyyətlini artıran məqamlardan biri də vaxtın düzgün bölüşdürülməsidir. 
  Vaxt rejimindən göründüyü kimi şagirdlər öz maraq və bacarıqlarına uyğun əlavə məşğələlərdən yararlana bilərlər. Bura şahmat, rəssamlıq , voleybol, futbol və rəqs dərnəkləri aiddir.
  Şagirdlərin dünyagörüşünü artırmaq məqsədi ilə tətil zamanı onların respublikamızın ayrı-ayrı rayonlarına, xüsusi əhəmiyyət daşıyan görməli yerlərə aparılması da məktəb tərəfindən təşkil olunur.
 “İdrak” məktəb-liseyinin ən üstün keyfiyyətlərindən biri onun güclü müəllim ordusu ilə təchiz olunmasındadır. Burada fəaliyyət göstərən müəllimlər, şəhərimizin ən nüfuzlu, eyni zamanda istedadlı müəllimlərindəndir. Onlar haqqında bütün məlumatlar “İdrak” məktəb-liseyinin İnternet-saytında yerləşdirilib. “İdrak” məktəb-liseyi keyfiyyətli təhsil almaq arzusunda olanların bu niyyətini dəstəkləyir və bu yolda onlara uğurlar arzulayır.

             “İdrak” məktəb-liseyindəki vaxt rejimi aşağıdakı kimidir:

bottom of page