"İDRAK" LİSEYİ Sumqayıt

Xoş gəlmisiniz!
“İdrak” liseyinə yeni tədris ili üçün məktəbə hazırlıq mərkəzinə və I-IX siniflərə şagirdlərin qəbulu elan olunur. Liseyin bütün siniflərinə qəbul üç mərhələdən ibarət olur.
1) Fənlər üzrə testlər
2) Məntiq testlər
3) Psixoloji testlər
Nəticələrə görə şagirdlər xüsusi təyinatlı siniflərə cəlb olunur. Ödənişdə nəticələr nəzərə alınır.
1. 1-ci sinfə şagird qəbulu xüsusi imtahanla keçirilir.
2. 2,3,4-cü siniflərdə oxu sürəti, yazı mədəniyyəti, riyazi hesablama qabiliyyəti, məntiqi təfəkkürün inkişaf səviyyəsi və psixoloji durum yoxlanılır. Qəbul üçün lazım olan sənədlər:
1. Uşaqların I sinfə qəbulu barədə valideynin ərizəsi;
2. Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
3. Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); 4. 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil;
Ərizədə uşağın təhsil alacağı tədris dili qeyd edilməlidir.
Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi
Tel.: (+994 18) 655-59-73
(+994 18) 655-84-71 Email: office@idrak.edu.az